3 Fevral, 2012
Baş Prokurorluq 10 ədəd müasir kriminalistika avtomobili alıb

Bu gün Baş Prokurorluqda kollegiya iclası keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, prokurorluğun fəaliyyətinin hüquqi tənzimlənməsi prosesinin müasir dövrün tələblərinə uyğun yeniləşdirilməsi sahəsində həyata keçirilmiş tədbirlərə uyğun olaraq, son üç il ərzində Baş Prokurorluq üzrə «Prokurorluq haqqında» qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin təşkili məsələlərini tənzimləyən 47 əmrin, 15 təlimat və qaydaların icraya yönəldilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində görülmüş işlərin nəticəsi olaraq, «Azərbaycan Respublikası Baş Prokurorunun əsas əmr və göstərişləri» adlı kitabın yeni nəşrinin çapdan çıxması müsbət işlər kimi qiymətləndirilib. 

İclasda qeyd olunub ki, dövlət proqramının icrası qaydasında son üç ildə 6 tabe prokurorluq üçün yeni inzibati binalar tikilib. 20-dən çox rayon və şəhər prokurorluğunda əsaslı təmir işlərinin aparılıb, 17 struktur qurum üçün inzibati binaların layihələndirilməsi və tikintisinə başlanılıb, hazırda isə baş prokuror yanında korrupsiyaya qarşı mübarizə idarəsi üçün Bakı şəhəri, İ.Dadaşov küçəsində 3450 kv.m ərazisi, iki hissədən ibarət müasir inzibati binanın tikinti yekunlaşmaq üzrədir.

Bundan başqa hesabat ilində avtomobil parkının yeniləşdirilməsi məqsədi ilə xidməti istifadə üçün 49 ədəd, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun ehtiyacları üçün isə 8 ədəd müxtəlif markalı avtomaşınların, habelə 10 ədəd müasir kriminalistika avtomobilləri alınıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!