3 Fevral, 2012
Azərbaycan Hindistanla üz-üzə gələcək

Fevralın 27-də millimizin Dubayda daha bir yoldaşlıq oyunu keçirəcəyi müəyyənləşib

Azərbaycan milli komandasının Birləşmiş Ərəb Əmirliklərində təşkil olunacaq təlim-məşq toplanışı çərçivəsində daha bir yoldaşlıq oyunu keçirəcəyi müəyyənləşib. Simsar.az-ın AFFA-ya istinadən verdiyi məlumata görə, millimiz fevralın 27-də Dubay şəhərində Hindistan yığması ilə qarşılaşacaq.

Xatırladaq ki, yığma komandamız Dubay şəhərində fevralın 24-də Sinqapur, fevralın 29-da isə Fələstin yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!