3 Fevral, 2012
Məcburi köçkünlər köçürüləcək

Gəncənin Hacıkənd qəsəbəsində olan məcburi köçkünlər köçürüləcək 

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin Gəncə şəhər üzrə nümayəndəliyinin rəhbərliyi Süleyman Abbasov bildirib ki, bu il Gəncədə məskunlaşan məcburi köçkün ailələri yeni salınacaq qəsəbələrə köçürüləcək.

Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, yeni salınacaq qəsəbələrdə fərdi həyət evləri və 5 mərtəbəli binalar tikiləcək və köçkünlərin ixtiyarına veriləcək. Köçürülmə prosesinə isə ilkin olaraq 519 məcburi köçkün ailəsinin məskunlaşdığı Hacıkənd qəsəbəsindən başlanılacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!