3 Fevral, 2012
Yeni Suraxanı qəsəbəsi işiqsız qalıb

Son iki gündə havaların kəskin soyuq keçməsi ilə əlaqədar Bakının rayonlarına elektirik enerjisinin verilməsində problemlər yaranıb. 

Bəzi rayonlara elektirik enerjisinin verilişi hələ də bərpa olunmayıb.

Simsar.az-a gələn şikayət zəngləri sırasında Suraxanı rayonunun, Yeni Suraxanı qəsəbəsinin sakinlərinin şikayətləri də yer alıb. Onlar müraciətlərinə baxılmadığını və artıq iki gündür ki, işiqlarının verilmədiyini bildiriblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!