3 Fevral, 2012
2 yaşlı körpə dəm qazından boğuldu

Hadisə Binəqədi rayonunda qeydə alınıb

Ötən gün Bakıda bədbəxt hadisə baş verib. Simsar.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, 2 yaşlı Müjgan Salehi öz evlərində dəm qazından zəhərlənərək ölüb. Hadisə Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində baş verib. 
Daha bir zəhərlənmə faktı isə Sumqayıt və Abşeronda baş verib. Sumqayıt sakini Səyyad Şirinov və Abşeron rayon sakini Samirə Cəbiyeva öz evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!