3 Fevral, 2012
"Eurovision" təmsilçiləri və mahnıları martın 20-dək məlum olacaq

Bakıda keçiriləcək növbəti toplantıda ifaçılar və mahnılar təsdiqlənəcək

Eurovision Mahnı Müsabiqəsi 2012-də iştirak edəcək 43 ölkənin təmsilçisi və mahnısı mart ayının 20-nə kimi bəlli olacaq. Bunu eurovision.az saytına müsabiqənin təşkilati məsələlər üzrə rəhbəri (Event supervisor) Sietse Bekker (Sietse Bakker) deyib.

 

S.Bekkerin sözlərinə görə, bütün iştirakçı ölkələrin təmsilçiləri və onların ifa edəcəyi mahnılar qeyd olunan tarixədək müəyyənləşməlidir. Təşkilati məsələlər üzrə rəhbər onu da bildirib ki, martın ikinci yarısında Bakıda növbəti toplantı keçiriləcək və həmin görüşdə Avropa Yayımları Birliyi (EBU) Eurovision 2012-də iştirak edəcək ölkələrin təmsilçiləri və mahnılarını təsdiqləyəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!