3 Fevral, 2012
Rusiya Avropa Birliyinə barmaq silkələdi

Rusiya Avropa Birliyinin xarici siyasət üzrə ali komissarı Ketrin Eştonu daxili işlərinə qarışmaqda ittiham edib. 

Lent.az-ın “trtazerbaycan.com” saytına istinadən verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Aleksandr Lukaşeviç Ketrin Aştonun bu gün əvvəl Avropa Parlamentində Rusiyada keçiriləcək prezident seçkiləri ilə bağlı etdiyi çıxışı tənqid edib və bu çıxışın tərəfli olduğunu söyləyib. 

 

Aleksandr Lukaşeviç Avropa Birliyi təmsilçisinin bu çıxışı ilə Rusiyanın daxili işlərinə qarışdığını bildirib. 

 

Qeyd edək ki, Ketrin Eşton həmin çıxışında Rusiya hökumətini müxalifətlə dialoqa çağırıb və müxalifət lideri Qriqori Yavlinskinin namizədliyinin qəbul olunmaması qərarının yenidən gözdən keçirilməsini istəyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!