3 Fevral, 2012
Yenə şaxta olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb. 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, fevralın 3-də Bakıda və Abşeron yarımadasında şaxtalı hava şəraitinin davam edəcək. Gündüz havanın temperaturu 0-3 dərəcə, gecə 5-7 dərəcə şaxta olacaq.

Günorta güclü şimal küləyinin mülayimləşəcəyini, yağıntıların fasilə verəcəyi gözlənilir. 

 

Azərbaycanın rayonlarına gəlincə, fevralın 3-də dağlıq rayonlarında havanın minimal temperaturu gündüz 1-6 dərəcə, gecə 12-17 dərəcə şaxta, Aran rayonlarında gündüz saatlarında 0-3 dərəcə, gecə 4-8 dərəcə şaxta təşkil edəcək. Sabah gündüz saatlarından Qərb rayonlarında yağıntılar kəsiləcək.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!