3 Fevral, 2012
Aeroport yolunda və Müşfiq qəsəbəsində qalan maşınları FHN xilas etdi

Nazirliyin saat 22.15-ə olan məlumatında belə deyilir

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Müşfiq qəsəbəsində və aeroport yolunda keçirdiyi xilasetmə tədbirləri barədə məlumat yayıb. APA-nın FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə. bu gün axşam saatlarında Bakının Müşfiq qəsəbəsi yaxınlığında və aeroportdan Əzizbəyov dairəsi istiqamətində çox sayda avtomobilin qarlı hava şəraiti ilə bağlı yolda qalması barədə məlumat daxil olub. 

Məlumata görə, dərhal qeyd edilən ərazilərə cəlb edilən FHN-nin texnika və qüvvələri yolda qalmış avtomobillərin hərəkətinin təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirib, nəticədə həmin yollarda avtomobillərin hərəkəti bərpa edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!