2 Fevral, 2012
İNSANLARIN HƏYATI TƏHLÜKƏDƏ

Təcili tibbi yardım köməyə yetişə bilmir 

Havaların qeyri-sabit, şaxtalı keçməsi ilə əlaqədar təcili tibbi yardıma müraciət edən vətəndaşların sayı xeyli artıb. Bu barədə Lent.az-a Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov məlumat verib.

Baş həkimin sözlərinə görə, son sutka ərzində təcili tibbi yardım müraciət edənlərin sayı 1469 nəfər olub ki, onun da 85 nəfəri travma ilə əlaqədar müraciət edənlərdir.

M. Həmidov onu da qeyd edib ki, aidiyyatı qurumlar tərəfindən yolların təmizlənməməsi nəticəsində təcili tibbi yardıma müraciət edən vətəndaşlara vaxtında yardım göstərilməsi çətinləşib.

Baş həkim əhaliyə müraciət edərək, lüzumsuz yerə avtomobillərdən istifadə etməməyə çağırıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!