2 Fevral, 2012
DƏRSLƏR TƏXİRƏ SALINDI

Təhsil naziri Misir Mərdanov bununla bağlı əmr imzalayıb

Azərbaycandakı qeyri-normal hava şəraiti ilə əlaqədar həftə sonuna kimi ölkənin bütün ümumtəhsil müəssisələrində dərslər təxirə salınıb. Bu barədə Simsar.az-a Təhsl Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə məlumat verib.

Xəbərə görə, dərslərin təxirə salınması ilə bağlı təhsil naziri Misir Mərdanov əmr imzalayb.

Hava şəraiti ilə əlaqədar bu il fevralın 4-də aran bölgəsində 9 və11 sinif şagirdləri üçün keçiriləcək sınaq imtahanları da təxirə salınıb. B. Hüseynzadə deyib ki, imtahanların vaxtı ilə bağlı əlavə məlumat veriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!