1 Fevral, 2012
Sabah gənclər "Hilton"da bir araya gələcək

Gənclərin “Video konfrans”ı keçiriləcək

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ), Gənclər və İdman Nazirliyi ilə birgə fevralın 2-də “Hilton” otelində (3-cü mərtəbə, “Ametic” zalı) “Gənclər günü” ilə əlaqədar olaraq Azərbaycan gənclərinin “Video konfrans”ını keçirəcək.

ARGTMŞ-nin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, Sumqayıt şəhəri, Quba, Şəki, Ağdaş, Göygöl, İsmayıllı, Lənkəran və paytaxt Bakının Xəzər rayonunu əhatə edəcək tədbir çərçivəsində hər rayondan 20 gənc olmaqla 140 nəfər online şəkildə iştirak edəcək. 

“Video konfrans”ın moderatoru Milli Şuranın sədri, millət vəkili Fuad Muradov olacaq.

Tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, adıçəkilən regionların millət vəkilləri və Azərbaycanda tanınmış gənclər təşkilatlarının sədrləri iştirak edəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!