1 Fevral, 2012
Ziyalılar İçəri Şəhərdə bir araya gəldi

Onlar Rüstəm İbrahimbəyovun İçərişəhərdəki evində toplantı keçirir

Fevralın 1-də Azərbaycan Ziyalılar Forumu yazıçı, kino xadimi Rüstəm İbrahimbəyovun İçərişəhərdəki evində toplantı keçirir. Toplantıda “Gənclərin SOSial problemləri” adlı mövzu ətrafında müzakirələr olacaq. Məruzəçi iqtisadçı ekspert Qubad İbadoğludur.

 Simsar.az saytının əməkdaşı xəbər verir ki, foruma yazıçılar Əkrəm Əylisli, Mehriban Vəzir, alimlər Rafiq Əliyev, Cəmil Həsənli, Əli Abbasov, politoloqlar Eldar Namazov, Zəfər Quliyev, Zərdüşt Əlizadə, jurnalist Elçin Şıxlı, sabiq deputat Gültəkin Hacıbəyli, QHT təmsilçiləri Vahid Qazi, Rəşid Hacılı, gənc fəallar və başqaları qatılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!