1 Fevral, 2012
Sabah da qar yağacaq

Şaxtalı hava fevralın 5-dək davam edəcək

  Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yenidən kəskinləşəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, qar yağacağı gözlənilir. Çovğun olacağı ehtimalı var. Yollar buz bağlayacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Simsar.az-a verilən məlumata görə, havanın temperaturunun gecə və gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir. 

Azərbaycanın rayonlarında da sabah fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3-6 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlarda gecə 12-17 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 18-23 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Şaxtalı hava şəraiti fevralın 5-dək davam edəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!