1 Fevral, 2012
Vəkilləri “WikiLeaks”i yaradanı məhkəməyə veriblər

Culian Assanc qonorar ödəməməkdə suçlanır

Qalmaqallı “WikiLeaks” İnternet-resursun qurucusu Culian Assancın keçmiş vəkilləri yanvarın 30-da London Böyük Məhkəməsinə iddia ərizəsi veriblər. Simsar.az saytı Rusiya mətbuatına istinadən bildirir ki, “Finers Stephens İnnocent” hüquq firmasının vəkilləri Assancın onlara qonorar ödəməməsindən şikayətçidirlər.

İddia qaldıran müdafiəçilər deyiblər ki, Culian Assancla qonorarın ödənilməməsi ilə bağlı uzunmüddətli danışıqlar aparıblar. Ancaq “WikiLeaks”in qurucusu yerini dəyişib və bu haqda vəkillərə məlumat vermədiyindən, ödəniləcək məbləği geri almaq üçün məhkəməyə müraciət eməkdən başqa yolları yoxdur.

Avstraliyalı Assanc “WikiLeaks”də Əfqanıstan və İraqda aparılan hərbi kampaniya, eləcə də AB, Dövlət Departamentinin məxfi müzakirələri ilə bağlı on minlərlə sənəd çap etdikdən sonra məşhur olub və 2010-cu il dekabrın 7-də Londonda saxlanılıb, həmin ayın 16-da isə buraxılıb. Assanc o vaxtdan dostu, London Jurnalistlər Evinin sahibi Von Smitin şəhər kənarındakı mənzilində ev dustağı kimi yaşayır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!