1 Fevral, 2012
DİN gənc müsavatçıların həbsinə münasibət bildirib

"Tural Hacıbəyli və Amid Süleymanov yol kənarında quraşdırılmış plafonları sındırdıqları üçün saxlanılıblar"

Daxili İşlər Nazirliyi Müsavat Partiyasının üzvü olan 2 gəncin polis tərəfindən saxlanılmasına münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-ya açıqlamasında bildirib ki, Bakı şəhər sakinləri Tural Hacıbəyli və Amid Süleymanov ötən gecə İranının Azərbaycandakı səfirliyinin binası qarşısında xırda xuliqanlıq hərəkətləri edərək yol kənarında quraşdırılmış plafonları sındırdıqları üçün polis tərəfindən saxlanılıblar. Onların barəsində inzibati tədbir görülməsi üçün materiallar Səbail Rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, saxlanılan şəxslərin hər iki Müsavat Partiyası Gənclər Təşkilatının üzvüdür.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!