30 Yanvar, 2012
Koroğlu çıxdı üzə

5 milyon manatlıq heykəl ucaldılıb

Bakida Koroğluya abidə ucaldılıb. Bu barədə Day.Az saytına Nəsimi rayon İcra Hakimiyyətinin şöbə müdiri Nazim Quliyev məlumat verib.

O, abidənin əvvəllər Caparizdenin heykəlinin olduğu yerdə qoyulduğunu söyləyib. Abidə bir neçə gün əvvəl ucaldılıb.
"Abidənin yerləşdiyi ərazi abadlaşdırılıb. Parkın rəsmi açılışı yaxın günlərdə olacaq", - deyə N.Quliyev bildirib. Bakıda xalq qəhrəmanı Koroğlunun abidəsinin ucaldılması üçün Prezidentin Ehtiyyat Fondundan 5 milyon manat məbləğində vəsait ayrılıb. Hazırda şəhərin Nəsimi rayonu ərazisində heykəlin ucaldıldığı parkda tamamlanma işləri görülür.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!