30 Yanvar, 2012
Rayonlarına gedən yollar açıqdır

Kamran Əliyev: "Şaxtalı hava hökm sürsə də, yollarda ciddi problemlər yoxdur"

Azərbaycanın rayonlarına gedən bütün istiqamətlərdə yollar açıqdır.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bazar ertəsi Trend-ə bildirib ki, şaxtalı hava hökm sürsə də, rayonlara gedən yollarda ciddi problemlər yoxdur.

Onun sözlərinə görə, Bakı-Quba, Bakı-Şamaxı, Gəndob-Yalama, İsmayıllı-Muğanlı yolları, Ağsu aşırımı, eyni zamanda, respublikanın cənub və qərb rayonlarına gedən yolların bəzi hissələrində buzlaşma var, lakin həmin yollar tam açıqdır.

Əliyev deyib ki, yollara qum səpilib, qardan təmizlənib.

İdarədən verilən məlumata görə, ötən gün respublika ərazisində 7 yol nəqliyyat hadisəsi qeydə alınıb, 2 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

Hadisələrin 1-i Bakıda qeydə alınıb və 1 nəfər xəsarət alıb.

Gəncə-Bakı yolunun 4-cü kilometrliyində "BMW" və "VAZ-2106" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ-2106"-nın 1 sərnişini ölüb, 1-i xəsarət alıb.

Qeyd edək ki, qarlı-şaxtalı hava şəraitinin ayın sonunadək davam edəcəyi bildirilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!