28 Yanvar, 2012
Səfər Əbiyev xüsusi tapşırıq verdi

Azərbaycanın müdafiə naziri Səfər Əbiyev havaların şaxtalı və qarlı keçməsini nəzərə alaraq, xüsusi tapşırıq verib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Teymur Abdullayevin Simsar.az-a verdiyi xəbərə görə, nazir hərbi hissələrdə istilik sisteminin tam qaydada işləməsi, təhlükəsizlik qaydalarına riayət olunması, hərbi qulluqçuların nizamnamə qaydalarına uyğun xidmət şəraitinin təmin edilməsi ilə bağlı xüsusi göstəriş verib. 

“Bütün hərbi hissələrdəki istilik sistemləri qaydasındadır. Soyuqdan qorunmaq üçün bütün müvafiq tədbirlər görülür” - deyə nazirliyin sözçüsü əlavə edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!