28 Yanvar, 2012
BAKI AĞARDI

Şəhərdə ölü sakitliyi hökm sürür. Yollar buz bağlayıb. Maşınların hərəkəti dayanıb. 

Dünən gecədən yağmağa başlayan qar Bakını yenə kəfənə bürüdü. Şəhərdə ölü sakitliyi hökm sürür. Yollar buz bağlayıb. Maşınların hərəkəti dayanıb.

Bu arada Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Bakının bütün prospect, küçə və yollarında dünən gecədən başlayan qarlı və şaxtalı hava şəraiti ilə yollar buz bağladığından avtomobillərin hərəkətində problem yarandığını deyib. O bildirib ki, yol polisi avtomobillərin hərəkətinin təmini üçün güclöəndirilmiş iş rejiminə keçib.

Xatırladaq ki, hazırda ölkə ərazisində havanın temperaturu iqlim normasından 2, Bakıda isə 2,6 dərəcə aşağıdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva yanvar ayının sonuna kimi ölkə üzrə temperaturun iqlim normasından hətta 3-4 dərəcə aşağı ola biləcəyini deyib.

Onu da deyək ki, hər il Bakı qışa hazırlaşsa da, bu hazırlığın heç bir nəticəsi olmur. Yneə yollar buz bağlayır maşınlarəın hərəkətində böyük problemlər ortaya çıxır. Bu da yol-qəza hadisələrini qaçılmaz edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!