28 Yanvar, 2012
Gecə və gündüz şaxta olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, yanvarın 28-də Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı proqnozlaşdırılır. Şimal-qərb küləyinin 15-20 m/saniyədən arabir 23-28 m/saniyəyədək güclənəcəyi ilə əlaqədar çovğun olacağı ehtimalı var. Havanın temperaturu gecə və gündüz 1-5 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarına gəlincə, yanvarın 28-də arabir qar yağacağı, bəzi yerlədə intensiv, əsasən dağlıq və dağətəyi rayonlarda güclü olacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə duman, qərb küləyi əsəcək, bəzi rayonlarda arabir güclənəcək. Mərkəzi Aranda gecə 3-8 dərəcə, gündüz 0-3 dərəcə şaxta, dağlarda və dağətəyi rayonlarda gecə 10-15 dərəcə, gündüz 3-8 dərəcə şaxta müşahidə olunacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!