27 Yanvar, 2012
Gələn həftə “VAZ” avtomobilləri bahalaşacaq

Rusiyanın “Avtovaz” şirkəti 30 yanvardan etibarən öz məhsullarının qiymətini artırmaq niyyətindədir.

Simsar.az-ın “novgorodauto.ru” saytına istinadla xəbərinə görə, ən çox bahalaşma “Lada 4x4” (Niva) modelinə aid olacaq. Bu avtomobil gələn həftə 5,5% bahalaşacaq. 
“Lada Kalina” modeli 3,2%, “Lada Samara2 3,0%, “Lada Priora” 2,9%, “Lada-2107” isə 1.9% bahalaşacaq.

“Lada a” modelinin qiyməti isə birinci rübdə sabit qalacaq.

Zavodda bahalaşmanın səbəbini “Euro-4” sisteminə keçidlə əlaqədar olaraq avtomobillərin maya dəyərinin artması ilə izah edirlər.

Xatırladaq ki, zavod “2107” modelininin qiymətini noyabr və yanvar aylarında 2 dəfə endirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!