27 Yanvar, 2012
Qrip xəstəliyinin diaqnozunun daha sürətlə müəyyən edilməsinin üsulu tapılıb

Yeni üsul diaqnozu 10 dəfə tez təyin etməyə imkan verir

Yaponiya alimləri qrip xəstəliyinin diaqnozunun daha sürətlə müəyyən edilməsinin yeni üsulunu tapıblar. Yeni üsul hazırda klinikalarda tətbiq olunan adi analizlərlə müqayisədə diaqnozu 10 dəfə tez təyin etməyə imkan verir.

Dövlətin dəstəyi ilə tədqiqatlar aparan Riken Elmi Tədqiqatlar İnstitutunun alimləri DNK həlqəsini H1N1 qripinin virusuna tətbiq etməklə, bu üsulu işləyib hazırlayıblar.

Mütəxəssislər bildiriblər ki, yeni üsul hər hansı qripi müəyyən etmək üçün tətbiq edilən adi metodlara nisbətən 100 dəfə həssasdır.

Virusla xəstələnmənin sürətlə müəyyən edilməsi quş qripinə yoluxma zamanı pandemiyanın qarşısını almaq üçün həyati əhəmiyyətə malikdir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!