18 Yanvar, 2012
Ağamusa Axundov postunu yerlisinə verib, getdi

Fəxrəddin Veysəlli Dilçilik İnstitutuna direktor əvəzi təyin olunub

Milli Elmlər Akademiyasının Dilçilik İnstitutuna direktor əvəzi təyin olunub - professor Fəxrəddin Veysəlli.

Simsar.az saytı bildirir ki, Fəxrəddin Veysəlli 1943-cü ildə Kürdəmirdə anadan olub. İndiki Dövlət Dillər Universitetini və Leninqrad Dövlət Universitetinin aspiranturasını bitirib. Dövlət Dillər Universitetində müxtəlif vəzifələrdə çalışıb. 1992-1993-cü illərdə universitetin rektoru olub. 1983-cü ildən professordur.

Fəxrəddin Veysəlli 15 kitabın, müxtəlif monoqrafiyaların müəllifidir.

Dilçilik İnstitutunun əvvəlki direktoru akademik Ağamusa Axundov olub. “Bizim yol” qəzetinin məlumatına görə, Ağamusa Axundov institutun direktoru vəzifəsini könüllü tərk edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!