Təhsil Nazirliyində bir neçə vəzifəli şəxs təqaüdə göndərildi
Təhsil Nazirliyində bir neçə vəzifəli şəxs yaş senzi ilə əlaqədar təqaüdə göndərilib.
Simsar.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadənin APA-ya məlumat verib. O, bildirib ki, nazirliyin xüsusi şöbəsinin müdiri Mircəfər Nəbiyev yaş senzi ilə əlaqədar təqaüdə göndərilib. Yaş senzi ilə əlaqədar işdən uzaqlaşdırılan digər 3 nəfər isə nazirliyin şöbələrinin işçiləridir. Təqaüdə göndərilənlərdən Musa Əhmədov strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsində, Zahid Məmmədov iqtisadiyyat şöbəsində, Nədim Nəcəfquliyev isə ali və orta ixtisas təhsili şöbəsində çalışıb.
Nazirlikdən bildiriblər ki, Nədim Nəcəfquliyevin yerinə Leyla İmaməliyeva təyin olunub.
Qeyd edək ki, təqaüdə göndərilən Mircəfər Nəbiyev Misir Mərdanovun yaxın qohumudur.