18 Yanvar, 2012
Avropanın ən bahalı otelləri Bakıdadı

Bir gecə oteldə qonaq olmaq 59-1400 avro arasında dəyişir 

Bakıda bir gecə hoteldə qonaq qalmaq minimum 59, maksimum isə 1400 avrodur. Və bu xaricilər üçün Avropanın ən bahalı oteli kimi qiymətləndirilir.

Simsar.az-ın verdiyi məlumata görə, "Hotel.info" saytı 210 min ədəd hotellə bağlı məlumatı özündə cəmləşdirib ki, bunun vasitəsiylə dünyanın istənilən yerində və istənilən hotelində özünüz üçün yer sifariş edə bilərsiz. 

Apardığımız araşdırma zamanı bəlli oldu ki, ölkəmizdəki otellər Avropadakı otelləri qiymət cəhətdən qabaqlayır. Təsəvvür edin ki, Avropanın ən bahalı şəhəri hesab edilən Fransanın paytaxtı Parisdə ən ucuz hotel nömrəsi 45, ən bahalısı isə 400 avrodur.

London, Kiyev və Stokholm da Avropanın ən bahalı ilk beş şəhəri arasındadır.

Ölkəmiz qonaqlar üçün cəmi 38 hotel təqdim edir. Bu hotellərdən ən ucuzu Rostropoviç 17 ünvanında yerləşən "Swan Hotel"i, ən bahası isə İzmir 1033-də yerləşən "Park Hyatt Baku"dur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!