15 Yanvar, 2012
Taksi sürücülərindən növbəti aksiya

Yanvarın 14-də Bakıda taksi sürücüləri növbəti etiraz aksiyaları keçiriblər.

«Elit» Ticarət Mərkəzi və metronun «Xətai» stansiyası qarşısına toplaşanlar Nəqliyyat Nazirliyinin taksilər haqda məhdudlaşdırıcı qərarına etirazlarını bildiriblər.

Aksiyalar insidentsiz ötüşüb, polis müdaxiləsi qeydə alınmayıb.

Sürücülər ilk aksiyalarını yanvarın 13-də metronun «Neftçilər» stansiyası qarşısında keçiriblər. Onlar 1 saata yaxın avtomobil yolunu bağlayıblar.

Yanvarın 13-dən Nəqliyyat Nazirliyi ilə Daxili İşlər Nazirliyi reydlərə başlayıb. Onlar lisenziyasız işləyən taksilərə qadağa qoyurlar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!