14 Yanvar, 2012
Sabaha olan hava proqnozu

Yaxın 2 gün ərzində ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz, axşam bəzi yerlərdə duman olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, gündüz arabir güclənən cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-5, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında 15 yanvarda əsasən yağmursuz hava şəraiti gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 13-18 dərəcə şaxta olacağı gözlənilir.

Hava şəraitinin qısa icmalı: yaxın 2 gün ərzində ölkə ərazisində hava şəraitinin nisbətən sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!