13 Yanvar, 2012
Azərbaycanın 6 rayonunda su problemi yaranıb

Azərbaycanın Aran bölgəsinin 6 rayonunda su problemi yaranıb.

Simsar.az-ın yerli bürosunun xəbərinə görə, artıq bir həftədir ki, Yevlax, Ağdaş, Kürdəmir, Ucar, Göyçay və Ağsu rayonlarına kanallar vasitəsilə ötürülən su tamamilə kəsilib. Şəhər əhalisindən fərqli olaraq, kəndlərdə yaşayan sakinlər kanallar vasitəsilə ötürülən sudan həm içmək, həm əkinləri suvarmaq, həm də mal-qara üçün istifadə edir. Suyun kəsilməsi əsasən, kənd sakinlərini çətin vəziyyətə salıb. Kanallarla ötürülən sudan istifadə edən şəhər əhalisinin bir hissəsi də hazırda susuz qalıb.
Ucar rayon Su-Kanal Sahəsindən APA-ya suyun kəsilməsinə Göyçay rayonundan keçən Şirvan su kanalının üzərində olan körpünün yenidən qurulması ilə bağlı aparılan tikintinin səbəb olduğu bildirilib. Məlumata görə, tikinti işləri 4-5 günə başa çatacaq və yaranan su problemi həll olunacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!