12 Yanvar, 2012
TQDK magistraturaya qəbul imtahanlarının vaxtını açıqladı

Bu il Azərbaycanda magistraturaya elektron ərizələrin qəbulu fevralın əvvəllərində başlayacaq.

Simsar.Az xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədr müavini Namiq Babayev keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, qəbul imtahanı iki mərhələdə keçiriləcək. Birinci mərhələ fevralın 20-dən sonra baş tutacaq. İkinci mərhələnin isə iyun ayında keçirilməsi nəzərdə tutulur.

“İmtahanın birinci mərhələsini fevral ayında keçirməyimizin daxili məntiqi var. Bu məntiq ondan ibarətdir ki, birinci mərhələdən keçən bakalavrlar ikinci mərhələyə hazırlaşırlar. İkinci mərhələ ali təhsil müəssisələrində buraxılış imtahanları başa çatdırdan sonra keçiriləcək. Birinci mərhələdən kəsilənlərə imkan yaradırıq ki, öz karyeraları ilə bağlı planlarını müəyyən etsinlər”.

Qeyd edək ki, müsabiqə və yerləşdirmə iki mərhələdə toplanan ballar əsasında gerşəkləşdiriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!