12 Yanvar, 2012
Siqaret və spirtli içki mədəaltı vəzi xərçəngi yaradır

Türkiyəli tibb mütəxəssisi tədqiqatın nəticələrini açıqlayıb

Siqaret və alkoqol gec üzə çıxan və sürətlə yayılan mədəaltı vəzi xərçəngi yaradır.

Simsar.az-ın məlumatına görə, Ankaradakı tibb mərkəzinin həkim-cərrahı Yaşar Atlı bildirib ki, gec üzə çıxan, amma sürətlə yayılan, müalicəsi mümkün olmayan və 5 il ərzində dünyasını dəyişən insanların ölümünə səbəb olan mədəaltı vəzi xərçəngini yaradan siqaret və alkoqoldur.

Ət, yağ və xolastrinin çöx qəbulu, zülalı çox olan maddələrin qəbulu mədəaltı vəzi xərçəng riskini artırır. Pomidor, quşburnu, qarpız, göyərti və çay xərçəngə qarşı qoruyucu qida vasitələridir.

Xərçəngə xəstəlikləriə daha çox kişilər arasında rast gəlinir.

RAMİL

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!