11 Yanvar, 2012
Lisenziyasız taksilərin fəaliyyəti dayandırılacaq

İki günə hər kəs fərqlənmə nişanı almalıdır

İki gündən sonra lisenziyasız taksilər şəhərdən yığışdırılacaq. Bu barədə Nəqliyyat Nazirliyinin mətbuat katibliyinin müdiri Namiq Həsənov ANS PRESS-ə açıqlamasında bildirdi.

"Bundan sonra, yalnız fərqlənmə nişanı ilə taksi fəaliyyəti göstərməyə icazə verilməyəcək. Bu, qanunsuz fəaliyyətdir. Çünki, lisenziya yoxdursa, taksi kimi işləməyə də icazə yoxdur. İcazə alandan sonra, aylıq vergi ödəyicisi kimi fərqlənmə nişanı alıb fəaliyyət göstərə bilər. Ona görə də, kimin fəaliyyət icazəsi yoxdursa, həmin taksilər tam yığışdırılacaq", deyə N. Həsənov bildirib.

Qeyd edək ki, taksi kimi fəaliyyət göstərmək istəyənlər əvvəlcə 150 manat ödəyib 5 il müddətinə lisenziya almalıdırlar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!