11 Yanvar, 2012
Qırğızlar Ramiz Mehdiyevin kitabını tərcümə edib

"Gorus-2010: absurd teatrı mövsümü" nə maraq artır 

Bişkekdəki Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə paytaxtdakı "Biytiktik" nəşriyyatında Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabı qırğız dilində çap edilib.

Kitabı qırğız dilinə tanınmış yazıçı Mukan Asanaliyev tərcümə edib.

Nəşrdə Ermənistanda Serj Sarkisyanın prezident seçkilərini saxtalaşdıraraq hakimiyyətə gəlməsi haqqında söhbət açılır, onun Azərbaycan torpaqlarını öz adlarına çıxması ilə əlaqədar sərsəm bəyanatlarına tutarlı cavab verilir. Əsərdə deyilir ki, XIX əsrdə, hətta XX əsrin əvvəllərində İrəvan şəhərində, həmçinin Dağlıq Qarabağ, Zəngəzur və digər bölgələrdə ermənilər azlıq təşkil etmiş, əhalinin əksəriyyəti azərbaycanlılar olub.

Fondun sədri Nüsrət Məmmədov AzərTAc-a bildirib ki, bu kitabın çapında məqsəd Azərbaycan həqiqətlərinin qırğız xalqına çatdırılmasıdır və kitabın Qırğızıstanda pulsuz yayılması nəzərdə tutulub.

Xatırladırıq ki, akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabı ötən ilin dekabr ayında rus dilində çap edilib. Kitabın rusdilli variantı Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Tacikistanda pulsuz yayılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!