9 Yanvar, 2012
ABŞ-dan hər kəsi qorxudacaq xəbər

“Donuz qripi” və “quş qripi” mutasiyaya uğrayıb

“Donuz qripi” və “quş qripi” mutasiyaya uğrayıb. Simsar.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, ABŞ-ın Minnesota Universitetinin alimlərinin araşdırmaları bunu üzə çıxarıb. “Donuz qripi”nin mutasiyaya uğramış 2 növü, “quş qripi”nin isə mutasiyaya uğramış 1 növü tapılıb. Bu 3 yeni virus donuz və quşlarla bərabər, insana da yoluxur. Artıq ABŞ-ın müxtəlif ştatlarında yeni qrip növlərinə yoluxan 11 nəfər qeydiyyata alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı da faktı təsdiq edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!