7 Yanvar, 2012
Enerji mənbəyi – bal

Tərkibindəki qlükoza və fruktozaya görə bal orqanizm üçün enerji mənbəyi rolunu oynayır.

 Bir qaşıq bal insan orqanizminə 60 kalori qazandırır. Tərkibindəki qlikutila əzələ hüceyrələri tərəfindən şəkərin rahat mənimsənməsini təmin edir. Bu komponent sayəsində bal əzələ tonusunu düşməkdən qoruyur. 
Bal enerji mənbəyi olduğuna görə idmançılar tərəfindən geniş istifadə olunur. Qədim yunanlar bala “cavanlıq içkisi” adını vermiş və onu olimpiada oyunları atletlərinə içirirmişlər. Alman diyetoloqları arıqlamaq üçün xüsusi diyet təqdim edirlər. Bu diyetin tərkibinə az miqdarda yağsız ət, pendir, tərəvəz, meyvələr və 30-40 qram su ilə qarışıq balın gündəlik qəbulu daxildir.
Xalq təbabətində balı “min bir dərdin dərmanı” adlandırıblar. Davamlı olaraq, gündə 100 qram balın qəbulu ürək fəaliyyətini stabilləşdirir və ümumi vəziyyəti daha da yaxşılaşdırır. Diurez və qan təzyiqinin sabitləşməsi, ürək sahəsində yorğunluğun və ağrıların azalması, yuxunun normallaşması, ümumi əhval-ruhiyyənin və həyat tonusunun yüksəlməsi bal sayəsində əldə olunur. Artıq dozada balın qəbulu ürək çatızmazlığı olan xəstələrə müsbət təsərini göstərmişdir.
Ana südü ilə bəslənən körpə uşuqlara gündəlik balın verilməsi onların inkişafına, çəkilərinin sabit qalmasına və xəstəliyə qarşı müqavimətlərinin artmasına öz təsirini göstərir. Amma balı körpələrə tədricən vermək lazımdır. Təbabətdə zəifləmiş xəstələrə sağalma dövründə başqa yüksək kalorili məhsullarla birgə balı da məsləhət görürlər.
Balın südlə qarışığı vərəm xəstəliyinin də dərmanıdır. Baldan mədə bağırsaq xəstəliklərinin müalicəsində də istifadə olunur. Mədə, on iki bağırsaq yarası və qara ciyər xəstəliklərinin müalicəsinə balın gözəl təsiri var.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!