7 Yanvar, 2012
Ziyalılar gələn həftə toplanır

Rafiq Əliyev Türkiyəyə səfər edib

Ziyalılar Forumunun üzvü, professor Rafiq Əliyev Türkiyəyə gedib. Ancaq bu, hər hansı ictimai-siyasi fəaliyyətlə bağlı deyil. Nüfuzlu elm xadimi təmsil olunduğu xarici proqrama uyğun olaraq həm ADNA-da, həm də bir sıra xarici universitetlərdə mühazirələr oxuyur ki, bu sıraya qardaş ölkənin ali təhsil müəssisələri də daxildir.

Ziyalılar Forumunun İdarə Heyətinin üzvü Eldar Namazovdan aldığımız məlumata görə, R.Əliyev yanvarın 9-10-u Bakıya dönəcək. E.Namazov Forumun toplantısının 10-13 yanvar arasında keçirilməsinə hazırlıqların görüldüyünü təsdiqlədi: “Çalışırıq ki, o vaxta kimi tədbirimizi keçirək. Bizim gənclərlə bağlı tədbirimiz qüvvədədir. Həmçinin mülkiyyət hüququ ilə bağlı növbəti tədbirimiz olacaq”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!