6 Yanvar, 2012
Çaylarımızdakı son vəziyyət açıqlandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, hazırda Lənkəran-Astara bölgəsi çaylarında sululuq ongünlük normanın 55-85, Böyük Qafqaz çaylarında 110-230, Kiçik Qafqaz çaylarında 135-145, Naxçıvan MR çaylarında isə 30-40 faizini təşkil edir. 


Tranzit çaylarda hazırkı vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 107 m3/s olmaqla, ongünlük normanın 66 faizini təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 71 m3/san olmaqla, ongünlük normanın 101 faizini təşkil.



Hazırda Surra məntəqəsində suyun səviyyəsi 575 sm (2011-ci il yanvarın 06-da 496 sm), Şirvanda 470 sm (2011-ci il yanvarın 06-da 385 sm ), Bankədə 309 sm (2011-ci il yanvarın 06-da 301 sm), Araz çayının Novruzlu məntəqəsində isə 292 sm (2011-ci il yanvarın 06-da 266 sm) təşkil edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!