30 Dekabr, 2011
SİMSAR.AZ-DA YENİ İL ŞƏNLİYİ

Kollektiv üzvləri çay dəstgahı ətrafında 2011-in məzəli əhvalatlarından danışıb

Simsar.az-ın kollektivi Yeni İl şənliyini qeyd edib. 2011-ci ilin sonuncu iş günündə saytımızın kollektivi Yeni İl bayramını redaksiyada çay dəstgahı arxasında, 2011-ci ilin məzəli əhvalatlarında bəhs etməklə keçirib. 

Öz növbəsində rəhbərlik də bayram münasibətilə saytın işçilərini hədiyyələrlə təbrik edib.

Bir il ərzində oxucularına ləyaqətlə xidmət göstərən, ölkədə və dünyada baş verən hadisələr barədə operativ, ətraflı xəbərləri çatdıran Simsar.az oxucularını da təbrik edir.

Ziyarətçilərimizə 2012-ci ildə yalnız xoş xəbərlər eşitmələrini arzu edir, süfrəniz bol, iliniz uğurlu olsun deyirik.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!