30 Dekabr, 2011
İnsanlardakı zorakılığın səbəbləri araşdırılıb

Baş və ya beyin travması alanlar qadınlara qarşı kobud olur

“PLoS Med” jurnalında yer alan məlumata görə, Oxford Universitetinin alimləri baş və ya beyin travması keçirmiş 22 min 914 isveçli arasında araşdırma aparıb.

Məlum olub ki, beyin travması keçirənlər zorakılığa, şiddətə daha çox meyilli olurlar.

Araşdırmalar epilepsiya xəstəliyinin də insanda şiddət meylini artırdığını üzə çıxarıb.

Eyni zamanda bildirilir ki, şiddətə meyilli insanlardakı bu xüsusiyyət genetik və ekoloji faktorlarla bağlıdır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!