29 Dekabr, 2011
Rütubətli hamam göbələk infeksiyalarının sığınacağıdı

Evinizi rütubətdən qoruyun

Hamamda təhlükəli göbələk növləri gizlənib. Adi gözlə görünməyən infeksion virusları mikroskop altında müşahidə etmək mümkündü.

Simsar.az Türkiyə mətbuatına istinadən bildirir ki, aparılan analizlər zamanı duş və unitazlarda «fuarizm» adlanan infeksiya növü aşkarlanıb.

Amerikanın Penn State Universitetinin alimləri 471 hamamda apardığı araşdırmalar zamanı 6 infeksiya növü aşkarlayıblar.
«Füarizm» sinus, allergik, göz infeksiyaları və xüsusilə ayaq dırnaqlarında xəstəliklərə gətirib çıxarır. Nadir hallarda, xüsusilə zəif immunitetə malik olan insanlarda ölümlə də nəticələnə bilər.

İnfeksiyaya xəstəxanaların kanalizasiyalarında da rast gəlinir. Mütəxəssislər təhlükəli göbələk növündən qorunmaq üçün hamam və mətbəxlərin yaxşıca havalandırılmasını, rütubətin yaranmasına yol verilməməsini tövsiyyə edirlər.

Xatirə



Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!