29 Dekabr, 2011
ZİYALILAR TOPLAŞA BİLMƏDİ

“Hyatt Regency” texniki problemləri qeyd edərək, yer verməkdən imtina etdi 

Ziyalılar Forumunun bu günə təyin olunan toplantısının keçirilməsinin qarşısı alınıb.

Ziyalılar Forumunun üzvü Eldar Namazovun verdiyi xəbərə görə, bir saat öncə ona “Hyatt Regency” otelinin rəhbərliyindən zəng edib texniki problemlər üzündən tədbirin keçirilməsinin mümkün olmayacağını bildiriblər. E.Namazov deyib ki, məsələ ilə bağlı Ziyalılar Forumu bəyanat yayıb. Bəyanat bir qədər sonra yayılacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!