29 Dekabr, 2011
Yol polisi əhalidən xahiş etdi...

“Bayram günlərində əhali daha çox ictimai nəqliyyata üstünlük versin”

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxt əhalisinə və qonaqlara müraciət edib. İdarədən Simsar.az-a verilən məlumata görə, bayram günlərində Bakının bir çox yerində, Dənizkənarı Milli Parkda, həmçinin bir çox istirahət mərkəzində, ictimai yerlərdə bayram şənlikləri keçiriləcək. Bu səbəbdən də əhalidən həmin ərazilərə doğru hərəkət edərkən şəxsi nəqliyyat vasitələrindən nisbətən az istifadə etmələri xahiş olunur.


İdarənin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirir ki, bayram axşamı xüsusi ilə bulvar ətrafında sıxlığın yaranacağı gözlənilir: “Xüsusi ilə Neftçilər prospekti, “Azneft” meydanı, Zərifə Əliyeva küçəsi, Üzeyir Hacıbəyov küçəsi, Rəsul Rza küçəsi və digər paralel küçə və prospektlərdə sıxlığın yaranması mümkündür. Odur ki, əhalidən xahiş edirik, şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etsinlər. Daha çox ictimai nəqliyyata üstünlük versinlər”.


Qeyd edək ki, hər il yeni il gecəsi Bakının bütün küçə və prospektlərində keçilməz tıxaclar yaranır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!