29 Dekabr, 2011
Metroda SOS qurğuları quraşdırılır

Sərnişinlər birbaşa polislə əlaqə saxlaya biləcək.

Bakı metrosunda daha bir yenilik tətbiq edilir. Simsar.az-ın məlumatına görə, metoroda həyəcan baş verən zaman xəbər vermək üçün xüsusi qurğu quraşdırlır. Artıq metronun “Gənclik” stansiyasında belə bir qurğunun quraşdırılmasına başlanıb.

Bakı Metropoliteninin baş mühəndisi Elbrus Muradov Milli.Az xəbər portalına faktı təsdiq edədək bildirdi ki, sərinişinlərin narahatlıq yaradan, həyəcan doğuran hal baş verdikdə, dərhal əlaqə saxlaması üçün xüsusi qurğuların quraşdırlmasına başlanıb. Onun sözlərinə görə, həmin qurğular metronun bütün stansiyalarında olacaq. Sənişinin siqnalı dərhal polisə və dispetçer məntəqəsinə ötürüləcək.

E.Muradov əlavə etdi ki, yeni qurğu barədə ətraflı məlumatı işlər başa çatdırılandan sonra vermək mümkün olacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!