28 Dekabr, 2011
Bakının mərkəzi küçələrindən biri bağlandı

Küçədə yol örtüyü dəyişdirilir

Bakıda Xarici İşlər Nazirliyinin binası yaxınlığındakı Şamil Əzizbəyov küçəsinin bir hissəsi bağlanıb. Simsar.Az saytının verdiyi məlumata görə, səbəb yolda təmir-tikinti işlərinə başlanılmasıdır. Təmir işlərini aparan podratçı şirkətdən bildiriblər ki, küçədə yol örtüyü dəyişdirilir: "Müasir standartlara uyğun aparılan işlər ilin sonunadək başa çatdırılacaq".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!