28 Dekabr, 2011
Yol polisi bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq

Bayram günlərində Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları gücləndirilmiş iş rejimi ilə xidmət edəcəklər.

Bunu APA-ya açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov deyib. V. Əsədov xüsusilə Yeni il şənliklərinin keçiriləcəyi ərazilərdə nəzarətin gücləndiriləcəyini qeyd edib: “Həmin yerlərdə avtomobillərin rahat hərəkət etməsi üçün şərait yaradılacaq. Eyni zamanda həmin küçələrdə və yollarda sıxlığın yaranmaması və asayişin qorunması üçün nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər qoyulacaq”. 

Bölmə rəisi bayram günlərində yollarda rahat hərəkətin təmin edilməsi və tıxacların yaranmaması üçün ictimai nəqliyyatdan istifadənin daha məqsədəuyğun olduğunu deyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!