28 Dekabr, 2011
12 illik icbari təhsil təklifi

“Bu yaxınlarda təsdiqlənməsi gözlənilən 10 illik Milli Təhsil Strategiyasında orta təhsilin müddətinin 12 il olması təklif edilib”.

Simsar.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə 2011-ci ilin tələbə qəbulunun yekunlarına həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

O bu məsələnin hələlik müzakirə olunduğunu bildirib.

Təhsil Nazirliyinin ümumtəhsil və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov isə çıxışında bildirib ki, orta təhsil pilləsinin 12 il nəzərdə tutulması mütərəqqi haldır: “Amma 12 illik təhsil müddəti icbari ola bilməz. Bu halda icbari təhsil yalnız 10 il ola bilər”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!