28 Dekabr, 2011
Dənizkənarı Bulvarın genişlənməsi üçün 4 milyon manat ayırılıb

İlham Əliyev Bakı şəhərində Dənizkənarı Bulvarın genişləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev Bakı şəhərində Dənizkənarı Bulvarın genişləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb. Simsar.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhərində Dənizkənarı Bulvarın genişləndirilməsi ilə bağlı işlərin görülməsini təmin etmək üçün Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinə Prezidentin Ehtiyat Fondundan 4 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!