28 Dekabr, 2011
Elmar Məmmədyarov Metyu Brayza ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanı ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Nazirliyin mətbuat xidmətinin Simsar.az-a verilən məlumata görə, görüş zamanı nazir Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu bildirib.

E.Məmmədyarov M,Brayzanın ölkəmizdəki diplomatik fəaliyyətini yüksək qiymətləndirib.
M.Brayza Azərbaycanda işlədiyi dövrdə ölkələr arasındakı münasibətlərin daha da genişlənməsi və inkişafı üçün fəaliyyət göstərdiyini qeyd edib və faydalı əməkdaşlığa görə Xarici İşlər Nazirliyinə minnətdarlıq bildirib.

Nazir E.Məmmədyarov M.Brayzaya xoş arzularını bildirib və gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!