27 Dekabr, 2011
İlham Əliyev sərəncam imzalayıb

Doktorantların, tələbə və şagirdlərin təqaüdləri 10 faiz artırılıb

Azərbaycan Respublikası prezidenti İlham Əliyev doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında sərəncam imzalayıb.

Simsar.az-ın “AzərTAc”a istinadən məlumatına görə, sərəncama əsasən, doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-сu il 6 sentyabr tarixli 1085 nömrəli sərəncamı ilə doktorantlara, ali təhsil müəssisələrində adlı təqaüd alan tələbələrə, magistr pilləsi üzrə əla, əla və yaxşı, yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə, bakalavr pilləsi üzrə əla, əla və yaxşı, yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə, orta ixtisas təhsili müəssisələrində əla, əla və yaxşı, yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə, ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdlərinə müəyyən edilmiş aylıq təqaüdlərin məbləğləri 2011-ci il dekabrın 1-dən 10 faiz artırılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!