27 Dekabr, 2011
İki jurnalistə 11 il həbs cəzası verildi

İsveçdən olan iki jurnalist Efiopiyayda ölkəyə qanunsuz daxil olma və terrorizmi dəstəkləmək ittihamlarıyla 11 il həbs cəzasına məhkum ediliblər.

Simsar.Az-ın “BBC”-yə istinadən verdiyi xəbərə görə, Martin Şibbye və Yohan Persson iyul ayında üsyançılar ilə birlikdə ələ keçirildikdən sonra həbs edilmişdi.

Keçən həftə isə onlara hökm oxunub cə onlar 11 il həbs cəzası alıblar. İsveçlilər jurnalist kimi vəzifələrini yerinə yetirdiklərini deyiblər.
Şibbye və Perssonun həbsi insan haqları təşkilatları və İsveç hökuməti tərəfindən ağır tənqidə məruz qalıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!